Tovuz rayonunda qadın ilan sancmasından dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ağdam kəndində baş verib.
Dağlıq ərazidə moruq yığan 1991-ci il təvəllüdlü Xanım Mehdiyevanı qəfildən ilan sancıb.
O, dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu