Qısa fasilədən sonra Quba və Qusar rayonlarına yenidən güclü yağış və dolu düşüb.
Bizim.Media xəbər verir ki, Qubanın Zıxır və Qalıqaya kəndlərinə yağan dolu sakinlərin bəzisini ot biçərkən yaxalayıb.
Qusarın Laza kəndində analoji vəziyyət yaşanıb.
Ötən dəfə müşahidə edilən güclü seldən körpüsü uçub dağılan Laza kəndində fəsadlar aradan qaldırılmamış yenidən dolu yağıb.
Fəsadlar barədə hələlik məlumat yoxdur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu