Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 28 may küçəsində, işıqforda baş verib.
Hərəkətdə olan VAZ 2107 markalı avtomobillə Kia Sorento markalı maşının toqquşması nəticəsində 1990-cı il təvəllüdlü V.Allahverdiyev, 2002-ci il təvəllüdlü B.Quliyev və 1961-ci il təvəllüdlü Ş.Yusibova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov Bizim.Media Qərb Bürosu