Oğuz rayonunun Tayıflı kənd sakini meşədə işləyərkən üzərinə ağac aşıb.
Bizim.Media-nın yerli bürosu hadisə şahidlərinə istinadən bildirir ki, Tayıflı kənd sakini 36 yaşlı Fuad Bayramov meşəlik ərazidə iri gövdəli ağac kəsərkən təhlükəsizlik qaydalarına əməl etmədiyindən həyatı bahasına başa gəlib.
Belə ki, o, ağacı kəsərkən onun hansı istiqamətə aşdığının fərqinə varmayıb. Nəticədə irigövdəli ağac onun üzərinə aşıb.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Fuad Bayramov Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbləri rayon prokurorluğunda araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu