Şəhid zabit Həmid Həmidlinin xatirəsi anıldı - FOTO

Bu gün Beyləqan rayonunda şəhid kapitan Həmid Həmidlinin doğum günü qeyd olunub.

Bizim.Media  xəbər verir ki, əvvəlcə rayonun Milabad kəndində, şəhidin doğulduğu evdən məzarına qədər yürüş keçirilib. Daha sonra şəhidin məzarı başında anım mərasimi keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, ictimai xadimlər, Vətən müharibəsi iştirakçıları, şəhidin valideyinləri çıxış edərək Həmid Həmidlinin qəhrəmanlıq salnaməsinə işıq salıblar.

Qeyd olunub ki, Həmid istər Vətən müharibəsi zamanı, istərsə də antiterror tədbirlərində xüsusi qəhrəmanlıq nümayiş etdirərək onlarla döyüş yoldaşının həyatını xilas edib. Həmidin Vətən müharibəsi zamanı göstərdiyi igidlik bu gün dillər əzbəri olub.

Daha sonra tədbir rayon mərkəzində davam etdirilib. Çıxış edənlər Həmid Həmidlinin valideynlərinə səbr diləyib, bu cür Vətən övladı böyütdükləri üçün təşəkkür ediblər. Sonda şəhidin adından tədbir iştirakçılarına ehsan süfrəsi verilib.

Qeyd edək ki, Həmidli Həmid Əlisahib oğlu 28 iyul 1996-cı ildə Beyləqan rayonunun Milabad kəndində anadan olub. O, 2002 – 2010-cu illərdə Cəbrayıl rayonu 21 saylı ümumi orta məktəbdə, 2010 – 2013-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2013 – 2017-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2017-ci ildə leytenant rütbəsi alaraq təyinatı üzrə N saylı hərbi hissədə tank taqım komandiri, 6 ay sonra xidmətdə fərqləndiyinə görə tank bölüyünün komandiri vəzifəsinə təyin olunub. 2019-cu ildə Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarışda onun bölüyü l yerə layiq görülüb. 2020-ci il 12 iyul tarixində Ermənistan - Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində başlayan döyüşlərdə iştirak edib. İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 

Həmid Həmidli 8 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə yaralanıb. 

Kapitan Həmid Həmidli 2023-cü il sentyabrın 19 - 20-də Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid kapitan Həmid Həmidli “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Şücaətə görə”, “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Ailəli idi. İki övladı yadigar qalıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Netflix"ə qarşı ittiham: Siz ona baxarkən, o da sizi izləyir!

"Netflix"ə qarşı ittiham: Siz ona baxarkən, o da sizi izləyir!

CENTCOM: ABŞ İran ərazisindən 15 gəminin keçməsinə icazə verib

CENTCOM: ABŞ İran ərazisindən 15 gəminin keçməsinə icazə verib

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Azərbaycanda apreldə hasil olunan neftin həcmini AÇIQLANIB

Azərbaycanda apreldə hasil olunan neftin həcmini AÇIQLANIB

Yaponiyada ayı hücumları rekord vurdu: robot-canavarlar kütləvi şəkildə satılır

Yaponiyada ayı hücumları rekord vurdu: robot-canavarlar kütləvi şəkildə satılır

Zelenski: Rusiya gün boyu 800 PUA ilə hücum edib

Zelenski: Rusiya gün boyu 800 PUA ilə hücum edib

Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb

Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb

Şuşaya dolu düşdü - VİDEO

Şuşaya dolu düşdü - VİDEO

Millimiz Türkiyədə iki yoxlama oyunu keçirəcək

Millimiz Türkiyədə iki yoxlama oyunu keçirəcək

Azərbaycanda ictimai nəqliyyatda İLK: Üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO

Azərbaycanda ictimai nəqliyyatda İLK: Üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO

SON DƏQİQƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi - SİYAHI

SON DƏQİQƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi - SİYAHI

İran bu ölkəni “ikinci İsrail” elan etdi

İran bu ölkəni “ikinci İsrail” elan etdi

Kubokun final matçında heyətlər açıqlandı

Kubokun final matçında heyətlər açıqlandı

Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO

Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - YENİ DİREKTOR KİMDİR?

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - YENİ DİREKTOR KİMDİR?

Azərbaycana virusa qarşı YENİ PEYVƏND gətiriləcək

Azərbaycana virusa qarşı YENİ PEYVƏND gətiriləcək

Minskdə hərbi informasiya sahəsində Azərbaycan-Belarus görüşü keçirilib - FOTO

Minskdə hərbi informasiya sahəsində Azərbaycan-Belarus görüşü keçirilib - FOTO

"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"

"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"

Tramp Çində belə qarşılandı - VİDEO

Tramp Çində belə qarşılandı - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

End of content

No more pages to load

RADİO