Samur-Abşeron su kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində meyit tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, iyunun 23-ü kanalda batmış 2008-ci il təvəllüdlü Rəhimxanov Nizami Rəhimxan oğlunun meyiti batdığı yerdən 70 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media