Gəncədə iki nəfər arasında dava bıçaqlanma ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində, kafelərdən birinin yanında baş verib.
Mübahisə nəticəsində 1975-ci il təvəllüdlü E. Seyidov bədənin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.
O dərhal əməliyyata götürülüb. Hazırda zərərçəkənin vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu