Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yol kənarındakı maneəyə çırpılıb.
Qəza zamanı 1966-cı il təvəllüdlü Rəhimov Fazil Mövsüm oğlu ağır xəsarətlər alıb. Ağır xəsarət alan kişi təcili tibbi yardımın köməkliyi ilə rayon xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə aparılıb.
İlkin müayinə zamanı zərərçəkənin bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu