Balakəndə baş vermiş yol nəqliyyat hadisəsi zamanı motosikletçi ağır xəsarət alıb.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kortala kəndinin ərazisində baş verib.
1994-cü il təvəllüdlü Balakən rayon Kortala kənd sakini Fərman Cavanşir oğlu Əfəndiyev idarə etdiyi qoşqulu motosikleti aşırıb.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan F. Əfəndiyev Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib. F. Əfəndiyevin koma vəziyyətində olduğu bildirilir.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
Bizim.Media