Sosial şəbəkələrdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun özünü pis hiss etməsi ilə bağlı videomüraciət yayılıb.
Bizim.Media xəbər verir ki, Azərbaycanın Rusiyadakı diplomatik missiyası məsələyə aydınlıq gətirib.
Bildirilib ki, yayılan görüntülər həqiqəti əks etdirmir:
“Feysbuk sosial şəbəkəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından guya özünü pis hiss etməsi, həkimlərə müraciət etməsi və məcburi müalicə kursu keçməsi ilə bağlı videomüraciət yayılıb.
Nəzərə çatdırırıq ki, “deep-fake” texnologiyası ilə hazırlanmış bu videomüraciət reallığa uyğun gəlmir və yalan məlumatları əks etdirir. Bu video ilə bağlı tədbir görüləcək”.
Bizim.Media