VII çağırış Milli Məclisə seçkilərlə bağlı Yeni Azərbaycan Partiyası 125 dairə üzrə namizədlərini müəyyən edib. Siyahıda bir sıra yeni və maraqlı adlar var. Onlardan biri də 96 saylı Goranboy - Naftalan seçki dairəsindən namizədliyi irəli sürülən Bədəl Bədəlovdur.
Uzun illər neft sənayesində çalışan Bədəl Bədəlov hətta SOCAR-ın vitse-prezidenti vəzifəsinə qədər yüksəlib. 2005–2007-ci illər ərzində ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, 2007–2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olan Bədəl Bədəlov 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin Sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib.
O, 28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.
2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına layiq görülüb.
Surxay Atakişiyev, Bizim.Media