Masallı rayonunda körpə ölümü qeydə alınıb.
Bizim.Media xəbər verir ki, rayonun Böyuk Təklə kənd sakini 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova Masallı Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib.
Ananın müayinəsi aparılıb və Lənkəran regional Perinatal Mərkəzə göndərilib. Lənkəranda bildiriblər ki, doğuş təbii yolla olunmalıdır və orada qalmağı məsləhət görülüb.
Özünü yaxşı hiss etdiyini deyən ana yenidən Masallıya qaytarılıb. Bu səhər ağrıları olan S.Qubadova doğuşa götürülüb. Doğuş zamanı çəkisi 2,8 kq olan ölmüş qız uşağı dünyaya gəlib.
Yaxınları bildirir ki, uşağın ölümünə səbəb həkim səhlənkarlığıdır. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Sabutay, Bizim.Media, Cənub bürosu