Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batmış 17 yaşlı gəncin cəsədi tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat yayılıb.
Məlumatda qeyd olunub ki, iyulun 14-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Nəsirov Məhəmməd Dadaş oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media