Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 3-cü kurs tələbəsi Cəbrayılov İmran Əli oğlu faciəvi şəkildə dünyasını dəyişib.
UNEC-in mətbuat katibi Elnarə Məmmədova Bizim.Media-ya açıqlamasında tələbə dənizdə boğularaq dünyasını dəyişdiyini bildirib:
“Hadisə dünən baş verib. İmran Cəbrayılov 554 balla universitetə qəbul olmuşdu. O, “Maliyyə və mühasibatlıq” fakültəsinin “Maliyyə” ixtisası üzrə təhsil alırdı. Universitetin fəal tələbələrindən idi, dərslərinə həmişə məsuliyyətlə yanaşırdı. Bu, UNEC üçün ağır xəbər oldu”, -deyə Elnarə Məmmədova qeyd edib.
Nuranə Daxilqızı, Bizim.Media