Florida ştatının Cənub Dairəsinin Federal Məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı bütün ittihamları rədd etmək qərarına gəlib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, müvafiq qərar qurumun elektron məlumat bazasında dərc edilib.
Məlumata görə, məhkəmə katibinə bu işə xitam verilməsi tapşırılıb. İş üzrə təyin edilmiş bütün dinləmələr ləğv edilib.
Bizim.Media