Göyçayda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə nəticəsində Rayonun Mırtı kəndində 17 yaşlı N.N şəxsi münasibətlər zəminində aralarından yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla həmyaşıdı H.H-ya xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxs saxlanılaraq izahatı alınıb, xəsarətlə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub.
Faktla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir.
Bizim.Media