İyulun 13-ü saat 10:00-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Naxçıvan, Balakən, Şəmkir, İsmayıllıda 1 mm-dək olub.
Şimal-şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada 20 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR və Aran rayonlarında 37, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub.
Bizim.Media