Bakı-Quba yolunun Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Məlumata görə, Qəsəbəyə sərnişin daşıyan 3 nömrəli marşrut avtobusu TIR-la toqquşub, 12 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıblar: Hacı Zeynalabdin Tağıyev-Sumqayıt avtomobil yolunda baş verən qəza ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 12 nəfər (7-si kişi , 5-i qadın) yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Bizim.Media