Xaçmazın Xaspoladoba kəndində biçilmiş taxıl sahəsində yanğın qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Alovun genişlənməsinin qarşısı alınıb. İlkin məlumata görə, 8 hektar biçilmiş taxıl sahəsi yanıb. Yanğının baş vermə səbəbi araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu