Azərbaycan Respublikasının Kino Agentliyinə direktor müavini təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Məlumat saytımıza Mədəniyyət Nazirliyindən təsdiq edilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Qurban Pirimov bu vəzifəyə təyin edilib.
Xatırladaq ki, bir neçə gün öncə Agentliyin rəhbərliyində dəyişiklik olunması ilə bağlı məlumat dərc etmişdik.
Qeyd edək ki, yeni təyin olunan direktor müavini Xalq artisti tarzən Qurban Pirimovun nəvəsidir.

Günay Şahmar, Bizim.Media