İyul ayında havanın temperaturu normadan YÜKSƏK OLUB 

İyul ayının ötən ongünlüyü ərzində ölkə ərazisində orta aylıq temperatur iqlim normasından 4.5 dərəcə yüksək olub. 

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. 

O qeyd edib ki, havanın maksimal temperaturu iyul ayının ilk ongünlüyündə bəzi günlərində Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da və Aran rayonlarında 38-40 dərəcəyədək yüksəlib. 

“İyul ayının ötən dövrü ərzində havanın temperaturunun normadan yüksək olduğuna baxmayaraq çoxillik məlumatlarla müqayisədə rekord göstərici yenilənməyib. Belə ki, çoxillik müşahidə məlumatlarına əsasən iyul ayında ən isti hava 2018-ci il iyulun 1-də qeydə alınıb və havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 44.5, bölgələrdə isə 44 dərəcəyədək isti olub”. 

N.Mahmudovun sözlərinə görə, iyul ayının ötən on günü ərzində əksər bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, xüsusilə dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. 

“İyul ayının ötən müddəti ərzində bölgələrdə 8 gün küləyin sürəti 15 m/s-dən çox olub, küləyin maksimal sürəti isə arabir 23 m/s-dək güclənib. Gözlənilən küləkli hava şəraiti ilə bağlı öncədən əhaliyə və aidiyyəti qurumlara sarı və narıncı xəbərdarlıqlar verilib”. 

N.Mahmudovun sözlərinə görə, yaxın günlərdə əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilsə də, bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xocasən və Bahar sakinlərinə ŞAD XƏBƏR

Xocasən və Bahar sakinlərinə ŞAD XƏBƏR

“Gənclik”dəki tuneldə ağır qəza – VİDEO

“Gənclik”dəki tuneldə ağır qəza – VİDEO

Sürücülərin DİQQƏTİNƏ - Niyə yayda Aİ-95 benzin tövsiyə olunur?

Sürücülərin DİQQƏTİNƏ - Niyə yayda Aİ-95 benzin tövsiyə olunur?

Azərbaycanda iki yeni institut YARADILDI – Baş nazirdən QƏRAR

Azərbaycanda iki yeni institut YARADILDI – Baş nazirdən QƏRAR

Alimlər xərçəngin inkişafını ləngidən təbii vasitəni tapdı

Alimlər xərçəngin inkişafını ləngidən təbii vasitəni tapdı

Yeddi azərbaycanlının həyatını itirdiyi qəzanın ANBAAN VİDEOSU

Yeddi azərbaycanlının həyatını itirdiyi qəzanın ANBAAN VİDEOSU

Oktay Kaynarca xəstəxanaya yerləşdirildi

Oktay Kaynarca xəstəxanaya yerləşdirildi

Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına- 10 il 6 aylıq cəza verildi

Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına- 10 il 6 aylıq cəza verildi

ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysləri TƏŞKİL EDƏCƏK

ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysləri TƏŞKİL EDƏCƏK

SON DƏQİQƏ! Köçəryanın həbsinin anonsu verildi – RƏSMİ

SON DƏQİQƏ! Köçəryanın həbsinin anonsu verildi – RƏSMİ

Çinli müəllimin sinif otağında çəkilən görüntüləri gündəm oldu – VİDEO

Çinli müəllimin sinif otağında çəkilən görüntüləri gündəm oldu – VİDEO

Mayis Musayev vəzifəsindən ayrıldı – FOTO

Mayis Musayev vəzifəsindən ayrıldı – FOTO

Tramp və Si Cinpinin görüşündə İRAN DETALI – Pekin Tehrana dəstəyini dayandırır? – ÖZƏL

Tramp və Si Cinpinin görüşündə İRAN DETALI – Pekin Tehrana dəstəyini dayandırır? – ÖZƏL

“Sabah” Puxaçla razılığa gəldi

“Sabah” Puxaçla razılığa gəldi

Tanınmış hakim təqaüdə göndərildi

Tanınmış hakim təqaüdə göndərildi

Çinə gedən ABŞ rəsmilərinə telefon QADAĞASI - FOTO

Çinə gedən ABŞ rəsmilərinə telefon QADAĞASI - FOTO

Yusif Həsənbəyin dəfn yeri AÇIQLANDI

Yusif Həsənbəyin dəfn yeri AÇIQLANDI

Paşinyan “Ermənistan xəritəsi”ni kəsməkdən imtina etdi – VİDEO

Paşinyan “Ermənistan xəritəsi”ni kəsməkdən imtina etdi – VİDEO

Ağcabədidə güclü küləyin törətdiyi fəsadlar – FOTO

Ağcabədidə güclü küləyin törətdiyi fəsadlar – FOTO

“Uzun Həsən” tarixi filminin yeni GÖRÜNTÜLƏRİ -VİDEO

“Uzun Həsən” tarixi filminin yeni GÖRÜNTÜLƏRİ -VİDEO

Rəqəmsal dövrdə ailə necə qorunur? - FOTO

Rəqəmsal dövrdə ailə necə qorunur? - FOTO

Sabiq rektor vəfat etdi – FOTO

Sabiq rektor vəfat etdi – FOTO

"Ukraynanın 80-dən çox yaşayış məntəqəsini ələ keçirmişik" - Şoyqu

"Ukraynanın 80-dən çox yaşayış məntəqəsini ələ keçirmişik" - Şoyqu

Dünyanı qorxuya salan hantavirus bu şəkildə YAYILIR – Daha bir XƏBƏRDARLIQ

Dünyanı qorxuya salan hantavirus bu şəkildə YAYILIR – Daha bir XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO