Bu ilin sonuna qədər Laçında tekstil fabriki fəaliyyətə başlayacaq.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Bakı Abadlıq Xidməti MMC-nin direktor müavini Nəsimi Əsədov deyib.
O, qeyd edib ki, həmin fabrikdə 100-ə yaxın laçınlı qadın işlə təmin olunacaq:
"Bununla bərabər bir sıra sənaye müəssisələrinin də fəaliyyətə başlaması nəzərdə tutulur".
Bizim.Media