“40-50 yaşında da sünnət olunmaq olar” – İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA 

Oğlan uşaqlarını sünnət elətdirmək dini öhdəlik kimi qəbul olunub. Azərbaycan cəmiyyətində də oğlan uşaqları böyüyüb öz dinini seçməmiş valideynləri onları sünnət etdirirlər. Hətta bunun üçün məclis qurub, “kiçik toy” edənlər, kirvə seçib, ömürlük qohum olanlar da var.

Tibbi tərəfinə gəldikdə isə sünnət cərrahi prosedurdur. Cərrahi müdaxilə olduğu üçün fəsad və riskləri qaçılmazdır. Əslində, ölkəmizdə geniş yayıldığı üçün risk azdır, amma zaman-zaman fəsadlar da ortaya çıxa bilər. Sünnəti bəzən cərrahların, həkimlərin yox, sıradan tibb işçilərinin və ya tibb təhsili almayan şəxslərin də yerinə yetirdiyinin şahidi olmuşuq. 
 

MÖVZU İLƏ BAĞLI:

Sünnətin düzgün edilməməsi bu PROBLEMLƏRƏ yol açır - Tanınmış androloqdan XƏBƏRDARLIQ 


Ötən gün özəl klinikaların birində 4 aylıq körpə sünnət olunduqdan sonra vəfat edib. Klinikadan mətbuata verilən açıqlamaya görə, uşağın timus vəzisində böyümə olub. İlkin ehtimala görə, körpədə tənəffüs problemi yaranıb və ölüm də bunun nəticəsində baş verib.

Ümumiyyətlə, sünnət neçə yaşda və hansı şəraitdə olunmalıdır?

Məsələyə münasibət bildirən tibb sahəsi üzrə ekspert, professor Adil Qeybulla Bizim.Media-ya bildirib ki, sünnəti zəruri əməliyyata çevirmək yanlışdır:

“Sünnət dini ibadətdir. Ümumiyyətlə, fimoz (pülüyün (sünnət dərisi) dar olması) və digər bir ağırlaşmalar olduqda aparılan cərrahi əməliyyatdır. Amma bu çox nadir hallarda olur. Dünya əhalisinin böyük əksəriyyəti, xristianlar və buddistlər bu əməliyyatı etmirlər, onlar öz həyatlarını normal da yaşayırlar. Mən düşünürəm ki, bu əməliyyatı müsəlmanların zəruri əməliyyatına çevirmək yanlışdır. Kim sünnət olunmaq istəsə, buna özü qərar verməlidir. Bir də həkim tərəfindən göstəriş olduqda icra olunmalıdır”.

“Sünnət müsəlmançılığın vizual əlaməti sayılır”

Həkim qeyd edib ki, bunun hansı yaşda edilməsinə dair konkret məlumat yoxdur:

“Bu, bir adət olaraq var və insanları bundan çəkindirmək elə də asan deyil. Çox təəssüflər ki, sünnət müsəlmançılığın vizual əlaməti sayılır. Sünnət prosedurası bu gün yəhudilərdə və müsəlmanlarda dini nöqteyi-nəzərdən aparıldığına görə, bunun konkret olunma vaxtı qeyd edilməyib. Sünnət bir tibbi prosedura kimi nəzərdən keçirilməlidir. Çünki zaman-zaman müxtəlif fəsadlar ortaya çıxıb. Uşaqlarda laxtalanma sistemi formalaşmadıqdan qanamaların olması, damarların zədələnməsi və s. baş verə bilər. Bu, uşaqların özləri üçün də müəyyən bir travma yaradır. Hər halda dini ibadət olduğuna görə insanların öz öhdəsindədir. Mən bir həkim kimi bunun kütləvi edilməsinin tərəfdarı deyiləm. Ona görə ki, dünya əhalsinin böyük əksəriyyəti bu əməliyyatı icra etmir, buna heç ehtiyac duymur və bununla da çox məmnun yaşayırlar. Bununla bağlı yaş limiti hələlik yoxdur”.

Bəs din nə deyir, sünnət vacibdirmi?

İslam dinində sünnət vacib əməl hesab edilmir

Mövzu ilə bağlı saytımıza danışan ilahiyyatçı Tural İrfan deyib ki, Quranda sünnət deyə bir vacib hökm yoxdur:

“Sünnət sözü tərcümədə “peyğəmbərin adəti” mənasını verir. Bu, adından da göründüyü kimi sünnət olan, yəni adət olunan bir şeydir. Adətlər də vacib sayılmır. Amma bu İslam aləmində ənənəvi xarakter alıb deyə sanki çox önəmli, daha vacib bir şey kimi tətbiq edirlər. Əsasən də azyaşlı uşaqlara qarşı olunur. Əslində, onun bir yaş müddəti yoxdur, sadəcə, müəyyən gigiyenik məsələlərə görə, olunması yaxşıdır. Amma onu körpə yaşında, xüsusən həkimlə məsləhətləşməmiş, adət xətrinə tez-tələsik sünnət elətdirib uşağı təhlükəli vəziyyətə salmaq düzgün deyil. Əksinə Quranda buyurulub ki, özünüzü təhlükəyə atmayın. Yaxşı olar ki, uşaq püxtələşib, tam sağlam, ona dözümlü vaxtına çatanda icra olunsun”.

40-50 yaşında da sünnət elətdirmək olarmış...

O hesab edir ki, sünnəti icra edən həkim həm də dini qaydanı bilməlidir:

“Həkimlər onu düzgün yerinə yetirmirlər. Sonradan uşaqlarda bəzi fəsadlar baş verir, yəni müxtəlif müasir üsullardan istifadə edirlər, qan çıxmadan və s. bu kimi formalarda edirlər. Ona görə də hər həkimə bunu elətdirmək düzgün deyil. Gərək onu edən həkim dini qaydanı da bilsin. Çünki onun hansı formada, necə olmasının üsulu şəriətdə var. Amma həkimlər bunu bilmədikləri üçün pul almaq xətrinə edirlər. Ola bilər ki, həmin uşağın başqa orqanında nəsə problem varmış, heç onunla əlaqəli deyil. Amma dində onun konkret yaş müddəti yoxdur, 40-50 yaşında da sünnət elətdirmək mümkündür. Bu, insanın öz istəyinə bağlıdır. Həmçinin, çox kiçik yaşda elətdirmək vacib deyil”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək– SİYAHI

Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək– SİYAHI

Xocasən və Bahar sakinlərinə ŞAD XƏBƏR

Xocasən və Bahar sakinlərinə ŞAD XƏBƏR

“Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var – VİDEO

“Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var – VİDEO

Sürücülərin DİQQƏTİNƏ - Niyə yayda Aİ-95 benzin tövsiyə olunur?

Sürücülərin DİQQƏTİNƏ - Niyə yayda Aİ-95 benzin tövsiyə olunur?

Azərbaycanda iki yeni institut YARADILDI – Baş nazirdən QƏRAR

Azərbaycanda iki yeni institut YARADILDI – Baş nazirdən QƏRAR

Alimlər xərçəngin inkişafını ləngidən təbii vasitəni tapdı

Alimlər xərçəngin inkişafını ləngidən təbii vasitəni tapdı

Yeddi azərbaycanlının həyatını itirdiyi qəzanın ANBAAN VİDEOSU

Yeddi azərbaycanlının həyatını itirdiyi qəzanın ANBAAN VİDEOSU

Oktay Kaynarca xəstəxanaya yerləşdirildi

Oktay Kaynarca xəstəxanaya yerləşdirildi

Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına- 10 il 6 aylıq cəza verildi

Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına- 10 il 6 aylıq cəza verildi

ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysləri TƏŞKİL EDƏCƏK

ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysləri TƏŞKİL EDƏCƏK

SON DƏQİQƏ! Köçəryanın həbsinin anonsu verildi – RƏSMİ

SON DƏQİQƏ! Köçəryanın həbsinin anonsu verildi – RƏSMİ

Çinli müəllimin sinif otağında çəkilən görüntüləri gündəm oldu – VİDEO

Çinli müəllimin sinif otağında çəkilən görüntüləri gündəm oldu – VİDEO

Mayis Musayev vəzifəsindən ayrıldı – FOTO

Mayis Musayev vəzifəsindən ayrıldı – FOTO

Tramp və Si Cinpinin görüşündə İRAN DETALI – Pekin Tehrana dəstəyini dayandırır? – ÖZƏL

Tramp və Si Cinpinin görüşündə İRAN DETALI – Pekin Tehrana dəstəyini dayandırır? – ÖZƏL

“Sabah” Puxaçla razılığa gəldi

“Sabah” Puxaçla razılığa gəldi

Tanınmış hakim təqaüdə göndərildi

Tanınmış hakim təqaüdə göndərildi

Çinə gedən ABŞ rəsmilərinə telefon QADAĞASI - FOTO

Çinə gedən ABŞ rəsmilərinə telefon QADAĞASI - FOTO

Yusif Həsənbəyin dəfn yeri AÇIQLANDI

Yusif Həsənbəyin dəfn yeri AÇIQLANDI

Paşinyan “Ermənistan xəritəsi”ni kəsməkdən imtina etdi – VİDEO

Paşinyan “Ermənistan xəritəsi”ni kəsməkdən imtina etdi – VİDEO

Ağcabədidə güclü küləyin törətdiyi fəsadlar – FOTO

Ağcabədidə güclü küləyin törətdiyi fəsadlar – FOTO

“Uzun Həsən” tarixi filminin yeni GÖRÜNTÜLƏRİ -VİDEO

“Uzun Həsən” tarixi filminin yeni GÖRÜNTÜLƏRİ -VİDEO

Rəqəmsal dövrdə ailə necə qorunur? - FOTO

Rəqəmsal dövrdə ailə necə qorunur? - FOTO

Sabiq rektor vəfat etdi – FOTO

Sabiq rektor vəfat etdi – FOTO

"Ukraynanın 80-dən çox yaşayış məntəqəsini ələ keçirmişik" - Şoyqu

"Ukraynanın 80-dən çox yaşayış məntəqəsini ələ keçirmişik" - Şoyqu

End of content

No more pages to load

RADİO