“Dönərə qatılan əlavələr vaxtı keçmiş məmulatlardır” – SENSASİON AÇIQLAMA

Xəbər verdiyimiz kimi Qida Təhlükəsizliyi Agentliyinin istehlak bazarına nəzarət məqsədilə dönərxanalarda keçirdiyi monitorinqlər zamanı Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy və Bülbül küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Məmmədov Bəhlul Sərvər oğluna məxsus “Avtoş Dönər” iaşə obyektində bir sıra nöqsanlar aşkarlanıb.  

Sınaq protokoluna əsasən, monitorinq zamanı götürülmüş bişmiş mal əti dönərində bağırsaq çöpü bakteriyası (E.Coli) aşkarlanıb. 

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Aparılan monitorinqlər və onun nəticələri göstərir ki, dönərxanalarda hələ də ciddi nöqsanlar qalmaqda davam edir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, inzibati addımlarla həmin sahədə vəziyyəti kökündən düzəltmək mümkün olmayacaq:

“Belə neqativ halların mövcudluğunun kökünü qanunlarda axtarmaq lazımdır. Çünki cəmiyyəti insanlar yox, qanunlar idarə edir. Qida Təhlükəsizliyi Agentliyi üzərinə çoxlu səlahiyyət götürsə də, əli-qolu əslində bağlıdır. Qida sahəsində dövlət siyasəti mütləq dəyişməlidir. AQTA cəld yoxlama apara, prosesə aktiv müdaxilə edə bilmir. Ona görə də AQTA-nın əsasnaməsində dəyişiklik olmalı, onlar cəlb müdaxilə etmək imkanına sahib olmalıdırlar. 

Azərbaycanda zəhərlənmələr gizlədilir?

Dönərxanalar təkcə antisanitar vəziyyətdə olması ilə seçilmir. Dönərə qarışdırılan əlavə mayonez, ketçuplar əksər hallarda köhnəlmiş, vaxtı keçmiş olur, isti şəraitdə saxlanılır. Azərbaycanda zəhərlənmələr gizlədilir. Bəlkə ona görədir ki, ölkəmizdə qidadan zəhərlənmələr ümumdünya göstəricisindən 700 dəfə azdır”. 

Birlik sədri problemin həlli üçün nümunəvi dönərxanalar yaradıb onun lobbiçiliyini aparmaqla istehlakçılara tanıdılmasını təklif edir: 

“Dönərxanalarla bağlı vəziyyətin düzəldilməsi üçün dəfələrlə məsələ qaldırmışam. Təklif edirdim ki, nümunəvi dönərxanalar yaradıb onun lobbiçiliyini aparmaqla istehlakçılara tanıdaq. Bu bazar üsulu ilə digərləri də fəaliyyətlərini düzəltməli olacaqlar. Əks təqdirdə, sıradan çıxacaqlar. İnzibati yollarla onları bağlamaq isə doğru yanaşma deyil”. 

Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev 4 il əvvəl dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə icrasına başlanılan yeni layihəyə həsr edilmiş konfransda deyib. Onun sözlərinə görə, dönərxana yaratmaq istəyənlər həmin dönərxanaları əyani şəkildə görməlidirlər. 4 il keçməsinə baxmayaraq nə nümunəvi dönərxalar yaradılıb, nə də dönərxanalardakı vəziyyətlə bağlı yeniliklər tətbiq edilib. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək– SİYAHI

Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək– SİYAHI

Xocasən və Bahar sakinlərinə ŞAD XƏBƏR

Xocasən və Bahar sakinlərinə ŞAD XƏBƏR

“Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var – VİDEO

“Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var – VİDEO

Sürücülərin DİQQƏTİNƏ - Niyə yayda Aİ-95 benzin tövsiyə olunur?

Sürücülərin DİQQƏTİNƏ - Niyə yayda Aİ-95 benzin tövsiyə olunur?

Azərbaycanda iki yeni institut YARADILDI – Baş nazirdən QƏRAR

Azərbaycanda iki yeni institut YARADILDI – Baş nazirdən QƏRAR

Alimlər xərçəngin inkişafını ləngidən təbii vasitəni tapdı

Alimlər xərçəngin inkişafını ləngidən təbii vasitəni tapdı

Yeddi azərbaycanlının həyatını itirdiyi qəzanın ANBAAN VİDEOSU

Yeddi azərbaycanlının həyatını itirdiyi qəzanın ANBAAN VİDEOSU

Oktay Kaynarca xəstəxanaya yerləşdirildi

Oktay Kaynarca xəstəxanaya yerləşdirildi

Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına- 10 il 6 aylıq cəza verildi

Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına- 10 il 6 aylıq cəza verildi

ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysləri TƏŞKİL EDƏCƏK

ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysləri TƏŞKİL EDƏCƏK

SON DƏQİQƏ! Köçəryanın həbsinin anonsu verildi – RƏSMİ

SON DƏQİQƏ! Köçəryanın həbsinin anonsu verildi – RƏSMİ

Çinli müəllimin sinif otağında çəkilən görüntüləri gündəm oldu – VİDEO

Çinli müəllimin sinif otağında çəkilən görüntüləri gündəm oldu – VİDEO

Mayis Musayev vəzifəsindən ayrıldı – FOTO

Mayis Musayev vəzifəsindən ayrıldı – FOTO

Tramp və Si Cinpinin görüşündə İRAN DETALI – Pekin Tehrana dəstəyini dayandırır? – ÖZƏL

Tramp və Si Cinpinin görüşündə İRAN DETALI – Pekin Tehrana dəstəyini dayandırır? – ÖZƏL

“Sabah” Puxaçla razılığa gəldi

“Sabah” Puxaçla razılığa gəldi

Tanınmış hakim təqaüdə göndərildi

Tanınmış hakim təqaüdə göndərildi

Çinə gedən ABŞ rəsmilərinə telefon QADAĞASI - FOTO

Çinə gedən ABŞ rəsmilərinə telefon QADAĞASI - FOTO

Yusif Həsənbəyin dəfn yeri AÇIQLANDI

Yusif Həsənbəyin dəfn yeri AÇIQLANDI

Paşinyan “Ermənistan xəritəsi”ni kəsməkdən imtina etdi – VİDEO

Paşinyan “Ermənistan xəritəsi”ni kəsməkdən imtina etdi – VİDEO

Ağcabədidə güclü küləyin törətdiyi fəsadlar – FOTO

Ağcabədidə güclü küləyin törətdiyi fəsadlar – FOTO

“Uzun Həsən” tarixi filminin yeni GÖRÜNTÜLƏRİ -VİDEO

“Uzun Həsən” tarixi filminin yeni GÖRÜNTÜLƏRİ -VİDEO

Rəqəmsal dövrdə ailə necə qorunur? - FOTO

Rəqəmsal dövrdə ailə necə qorunur? - FOTO

Sabiq rektor vəfat etdi – FOTO

Sabiq rektor vəfat etdi – FOTO

"Ukraynanın 80-dən çox yaşayış məntəqəsini ələ keçirmişik" - Şoyqu

"Ukraynanın 80-dən çox yaşayış məntəqəsini ələ keçirmişik" - Şoyqu

End of content

No more pages to load

RADİO