Mövsüm Aslanov: “Yuxularımda ancaq Göyçəni görürəm” - VİDEO

Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Bizim.Media xəbər verir ki, “1988-ci ildə hərbi xidmətə getdim, ağlıma gətirə bilməzdim ki, bir daha kəndimə qayıtmayacam” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kənd sakini Mövsüm Aslanovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və kənd həyatından söz açıb, rəhmətlik nənəsi ilə yaylaqları, dağları gəzdiyini söyləyib:

“Biz kitablardan oxuduğumuz, deyimlərdən eşitdiyimiz cənnəti orada gördük. Uşaqlığım dağların qoynunda, yamaclarda keçib. Göyçənin yayı gözəl, qışı sərt keçərdi. Soyuq qış günlərində həmişə kömür sobası yandırardıq. Rəhmətlik babam və nənəm həmişə bizə keçdikləri ömür tarixçəsindən, erməni vəhşiliyindən danışardılar”.

Onun sözlərinə görə, 1905-1907-ci illərdə babasının atası Göyçədən ermənilər tərəfindən didərgin salınıb, böyük mərhumiyyətlərlə üzləşib:

“Sovet hakimiyyəti qurulandan sonra babamgil yenidən Göyçəyə qayıdıblar. Çar Rusiyası zamanı ermənilər kəndə basqını ediblər. O zaman kəndin yaşlı insanları yaba, dırmıq ilə kəndi, qadınları, uşaqları ermənilərdən müdafiə ediblər. Babamın anası o vaxt 2 oğlunu səbətin içində boranda, qarda məcburiyyət qarşısında ovalıq yerdə qoyub gedib. Sonra arxadan gələn kişilər həmin uşaqların ağlamaq səsini eşidib onları xilas ediblər”.

Nərimanlı sakini deyib ki, biz 1988-ci ildə yenidən Göyçə mahalından didərgin düşdük:

“Mən 1988-ci ilin iyun ayının 13-də əsgəriyə getdim. Heç ağlıma belə gətirə bilməzdim ki, mən bir daha bu yerlərə, doğulub, boya-başa çatdığım bu cənnət məkana, atalarımızın, babalarımızın bizlərə ərmağan qoyub getdiyi bu gözəl yerlərə bir daha dönə bilməyəcəm. Həmən ilin noyabr ayında artıq ermənilər bütün Qərbi Azərbaycanın müxtəlif şəhərlərində, rayonlarında olduğu kimi, Göyçə mahalından da 100 minlərlə soydaşımızı zorla deportasiya etdilər”.

Vətən həsrətinin insanların qəlbində ağrı yaratdığını söyləyən M.Aslanov yuxularının ancaq baya-başa çatdığı kəndlə bağlı olduğunu bildirib:

“Ailəm 22 ildir Kiyevdə yaşayır. 2022-ci ildə Kiyevdə müharibə başlayanda övladlarımı vətənə yola saldım. Babamgil Göyçədən didərgin düşüb, qaçqın düşmüşdü, özümüz Göyçədən didərgin düşüb qaçqın kimi Azərbaycana gəlmişdik. İndi övladlarım artıq Kiyevdən didərgin kimi, qaçqın kimi öz dogma Bakı şəhərinə gəlirlər. Oğlum deyir, ata, siz də belə didərgin, qaçqın düşmüşdünüz?!”

O fikrini Ulu öndərimizin gözəl bir kəlam ilə yekunlaşdırıb:

“Azərbaycan dünyaya günəş kimi doğacaq!” O günəş bugünkü gün Xankəndini, Şuşanı, Kəlbəcəri, Laçını, Qubadlını qızdırır. Əminəm ki, bu günəşin şüaları bizim dədə-baba torpaqlarımıza da düşəcək. Biz hökmən yaxın gələcəkdə o yerlərə dönəcəyik”.

Onun qızı Zümrüd Aslanova isə Ukraynada anadan olduğunu, atasının hər zaman uşaqlıqda Göyçənin gözəllikləri haqqında danışdığını deyib:

“Mənim ən böyük arzularımdan biri odur ki, gedim Göyçənin gözəlliyini, oraları gözümlə görüm. Oranın havasını udum. Çünki ora mənim ata-baba yurdumdur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 5-də saat 19:30-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İbrahim Borçalının evində toy olacaq

İbrahim Borçalının evində toy olacaq

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

End of content

No more pages to load

RADİO