Qubanın Əlməmmədoba kəndinin ərazisində nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yük avtomobilinin arxasına qoşulan traktor qoşqusu açılaraq arxadan gələn "Mercedes" markalı avtomobilə çırpılıb.
Nəticədə minik avtombilində olan 2 nəfər müxtəlif xəsarətlərlə Quba rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Fakt Quba rayon polis şöbəsində araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu