Qubanın İkinci Nügədi kəndindəki göldə batan şəxsin kimliyi bəlli olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu, kənd sakini, 17 yaşlı Zülfüqar İlkin oğlu Babayevdir.
O, bu gün gündüz saat 12 radələrində kənddə suvarma məqsədi ilə yaradılmış göldə çimərkən batıb.
Artıq yeniyetmənin meyiti FHN əməkdaşları tərəfindən sudan çıxarılaraq təhvil verilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu