Bu günlərdə Qubanın Yerfi kəndində sel nəticəsində körpünün uçduğunu xəbər vermişdik. Uçmuş körpünün bərpa işlər işləri davam edir. Qarşıdakı-3-4 gün ərzində körpünün inşası başa çatacaq.
Bu sözləri Bizim.Media-ya Qubada selin fəsadlarının aradan qaldırılması ilə bağlı danışan Qubadakı 11 saylı Xüsusi Təyinatlı Yol idarəsinin rəisi Hikmət Seyidov deyib.
Onun sözlərinə görə, 20 gün əvvəl baş verən leysandan sonra gələn güclü sel dağ kəndlərinin yollarını bərbad və keçilməz vəziyyətə salmışdı. Görülən tədbirlər nəticəsində hazırda Qonaqkənd-Muçu-Xaltan, Qonaqkənd-Ördüc, Çayqovuşan-Yerfi, Dərk, Talış, Çayqovuşan-Söhüb, Rük və Adur kənd yolları nəqliyyat vasitələri üçün tam işlək vəziyyətə gətirilib.
İdarə rəsmisi onu da açıqlayıb ki, qeyri-sabit hava şəraiti təkrarlanarsa, lazımi texnika və işçi qüvvəsi dərhal fəsadların aradan qaldırılması işlərinə cəlb olunacaq.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu