Güclü yağışdan sonra Gədəbəyə dolu düşüb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, dolu Şınıx və bir neçə kəndə yağıb.
Dolunun yağması təxminən 10 dəqiqə davam edib. Təbiət hadisəsi rayonda ciddi fəsad törətməyib. Hazırda bölgədə qeyri-sabit hava şəraiti hökm sürür.
Bizim.Media