Bakıda qanunsuz ağackəsmə faktları üzə çıxdı: Təbiətə 371 min manat ziyan dəyib

Cari ilin iyun ayında paytaxtın Nəsimi rayonunun M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov və M.Topçubaşov küçələrinin kəsişməsində yaşıllıqların məhv edilməsinə dair vətəndaşların müraciəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş materiallar və mediada yayılan məlumatlar əsasında araşdırma aparılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Araşdırmalarla, göstərilən ərazidə ümumilikə 198 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 413 min manatdan artıq ziyan vurulması müəyyən edildiyindən fakta görə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərin sui-istifadə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həmçinin, həmin ərazidə 2023-cü ilin avqust-dekabr ayları ərzində baş verən bir neçə qanunsuz ağackəsmə faktları üzrə mediada yayılan məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb və Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü maddələri (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxil işlər orqanlarına göndərilib.

Qeyd olunur ki, 2023-cü ilin avqust-dekabr ayları ərzində baş verən bir neçə qanunsuz ağackəsmə faktları nəticəsində təbiətə dəymiş 371 min manatdan artıq ziyanın Baş Prokurorluq tərəfindən dövlət büdcəsinə ödətdirilməsi təmin edilib. 
Hazırda qeyd olunan cinayət işləri üzrə ibtidai istintaq davam etdirilməklə, qanun pozuntularına yol vermiş şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

1 və 3 qəpiklər dövriyyədən çıxarılır? - RƏSMİ AÇIQLAMA

1 və 3 qəpiklər dövriyyədən çıxarılır? - RƏSMİ AÇIQLAMA

İsti havalarda banan niyə tövsiyə olunur? – Araşdırma

İsti havalarda banan niyə tövsiyə olunur? – Araşdırma

“Facebook” və “Instagram” ÇÖKDÜ

“Facebook” və “Instagram” ÇÖKDÜ

Xərçəng xəstəliyi artır -2050-ci il üçün proqnozlar açıqlandı

Xərçəng xəstəliyi artır -2050-ci il üçün proqnozlar açıqlandı

Kamilo Duranın sabiq komanda yoldaşı “Qarabağ”da oynayacaq

Kamilo Duranın sabiq komanda yoldaşı “Qarabağ”da oynayacaq

Bakıda qadın evində ölü tapıldı

Bakıda qadın evində ölü tapıldı

Azərbaycanla bu ölkə arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilir

Azərbaycanla bu ölkə arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilir

Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb

Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb

Ən bahalı rəsmlərin müəllifi vəfat etdi

Ən bahalı rəsmlərin müəllifi vəfat etdi

Vəfat edən şəxsin meyiti neçə gün ərzində DƏFN OLUNMALIDIR?

Vəfat edən şəxsin meyiti neçə gün ərzində DƏFN OLUNMALIDIR?

AMB ötən il 3 bankı cərimələyib

AMB ötən il 3 bankı cərimələyib

Metroda itən əşyaların aqibəti necə olur?

Metroda itən əşyaların aqibəti necə olur?

"Mahnımı oxuyub, məni adam yerinə qoymadı" - VİDEO

"Mahnımı oxuyub, məni adam yerinə qoymadı" - VİDEO

Azərbaycanda ötən il 1000-ə yaxın saxta pul nişanı dövriyyədən çıxarılıb

Azərbaycanda ötən il 1000-ə yaxın saxta pul nişanı dövriyyədən çıxarılıb

Subsidiyalar bəzi hallarda təyinatından kənar xərclərə yönəldilib - Hesablama Palatası

Subsidiyalar bəzi hallarda təyinatından kənar xərclərə yönəldilib - Hesablama Palatası

Rusiyada boru kəmərində PARTLAYIŞ – Ölənlər var

Rusiyada boru kəmərində PARTLAYIŞ – Ölənlər var

Tarakanlardan tez və birdəfəlik necə qurtulmaq olar?

Tarakanlardan tez və birdəfəlik necə qurtulmaq olar?

Zəlzələ zamanı dağıntı olub? - RƏSMİ AÇIQLAMA

Zəlzələ zamanı dağıntı olub? - RƏSMİ AÇIQLAMA

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

Mediada cinsi ayrı-seçkilik yaradan xəbərlər tənqid olundu

Mediada cinsi ayrı-seçkilik yaradan xəbərlər tənqid olundu

Çin maşınlarının adı çıxıb – Ən çox bu avtomobil markaları qəfil alışır

Çin maşınlarının adı çıxıb – Ən çox bu avtomobil markaları qəfil alışır

Azərbaycanda güclü zəlzələ buna görə baş veribmiş – AÇIQLANDI

Azərbaycanda güclü zəlzələ buna görə baş veribmiş – AÇIQLANDI

Ramiz Mehdiyevin ev dustaqlığı həbsə çevrilə bilər...

Ramiz Mehdiyevin ev dustaqlığı həbsə çevrilə bilər...

Natiq Məmmədli: “Uşaqların şəxsi məlumatlarının yayılması risklidir”

Natiq Məmmədli: “Uşaqların şəxsi məlumatlarının yayılması risklidir”

End of content

No more pages to load

RADİO