Sərnişinlərin NƏZƏRİNƏ: Bakının bu qəsəbələrinə yeni marşrutlar istifadəyə verildi

Bu gündən Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb. 

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Hövsan qəsəbəsini (MİDA) “28 May” metro stansiyası və “Əhmədli” metro stansiyası ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar sərnişinlərin istifadəsinə verilib. 

Sürətli sərnişin daşınmasını təmin edəcək 121E və 140E nömrəli ekspres marşrutlar saat 06:30 – 21:00-dək fəaliyyət göstərəcək və yalnız marşrut üzrə əvvəlcədən müəyyən edilmiş dayanacaq məntəqələrində dayanacaq. Bu da sərnişinlərin daha qısa vaxt ərzində təyinat məntəqəsinə çatmasına şərait yaradacaq. 

Marşrutlar üzrə müasir və ekoloji təmiz nəqliyyat vasitələri sərnişinlərə xidmət göstərəcək. 

“28 May” metro stansiyasını Günəşli qəsəbəsi ilə əlaqələndirən 46 nömrəli müntəzəm marşrutun istismarı isə müsabiqədə qalib gələn yeni daşıyıcı tərəfindən həyata keçiriləcək.

Qeyd edilən marşrutlar üzrə müasir “Avro 6” standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz mühərrikli orta və böyüktutumlu avtobuslar nağdsız qaydada fəaliyyət göstərəcək. 

Bundan əlavə, M.Şərifli küçəsi (Vərəm dispanseri) – Xətai rayonu Cavanşir küçəsini əlaqələndirən 12 nömrəli müntəzəm marşrutda müasir və rahat avtobuslar istifadəyə verilib. 

Optimallaşdırma işləri çərçivəsində Şüvəlan – Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən 136 nömrəli müntəzəm marşrut ləğv edilib. 

Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb.
Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Simulyasiya nəticəsində yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyən edilib. Yeni marşrut şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

1 və 3 qəpiklər dövriyyədən çıxarılır? - RƏSMİ AÇIQLAMA

1 və 3 qəpiklər dövriyyədən çıxarılır? - RƏSMİ AÇIQLAMA

İsti havalarda banan niyə tövsiyə olunur? – Araşdırma

İsti havalarda banan niyə tövsiyə olunur? – Araşdırma

“Facebook” və “Instagram” ÇÖKDÜ

“Facebook” və “Instagram” ÇÖKDÜ

Xərçəng xəstəliyi artır -2050-ci il üçün proqnozlar açıqlandı

Xərçəng xəstəliyi artır -2050-ci il üçün proqnozlar açıqlandı

Kamilo Duranın sabiq komanda yoldaşı “Qarabağ”da oynayacaq

Kamilo Duranın sabiq komanda yoldaşı “Qarabağ”da oynayacaq

Bakıda qadın evində ölü tapıldı

Bakıda qadın evində ölü tapıldı

Azərbaycanla bu ölkə arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilir

Azərbaycanla bu ölkə arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilir

Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb

Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb

Ən bahalı rəsmlərin müəllifi vəfat etdi

Ən bahalı rəsmlərin müəllifi vəfat etdi

Vəfat edən şəxsin meyiti neçə gün ərzində DƏFN OLUNMALIDIR?

Vəfat edən şəxsin meyiti neçə gün ərzində DƏFN OLUNMALIDIR?

AMB ötən il 3 bankı cərimələyib

AMB ötən il 3 bankı cərimələyib

Metroda itən əşyaların aqibəti necə olur?

Metroda itən əşyaların aqibəti necə olur?

"Mahnımı oxuyub, məni adam yerinə qoymadı" - VİDEO

"Mahnımı oxuyub, məni adam yerinə qoymadı" - VİDEO

Azərbaycanda ötən il 1000-ə yaxın saxta pul nişanı dövriyyədən çıxarılıb

Azərbaycanda ötən il 1000-ə yaxın saxta pul nişanı dövriyyədən çıxarılıb

Subsidiyalar bəzi hallarda təyinatından kənar xərclərə yönəldilib - Hesablama Palatası

Subsidiyalar bəzi hallarda təyinatından kənar xərclərə yönəldilib - Hesablama Palatası

Rusiyada boru kəmərində PARTLAYIŞ – Ölənlər var

Rusiyada boru kəmərində PARTLAYIŞ – Ölənlər var

Tarakanlardan tez və birdəfəlik necə qurtulmaq olar?

Tarakanlardan tez və birdəfəlik necə qurtulmaq olar?

Zəlzələ zamanı dağıntı olub? - RƏSMİ AÇIQLAMA

Zəlzələ zamanı dağıntı olub? - RƏSMİ AÇIQLAMA

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

Mediada cinsi ayrı-seçkilik yaradan xəbərlər tənqid olundu

Mediada cinsi ayrı-seçkilik yaradan xəbərlər tənqid olundu

Çin maşınlarının adı çıxıb – Ən çox bu avtomobil markaları qəfil alışır

Çin maşınlarının adı çıxıb – Ən çox bu avtomobil markaları qəfil alışır

Azərbaycanda güclü zəlzələ buna görə baş veribmiş – AÇIQLANDI

Azərbaycanda güclü zəlzələ buna görə baş veribmiş – AÇIQLANDI

Ramiz Mehdiyevin ev dustaqlığı həbsə çevrilə bilər...

Ramiz Mehdiyevin ev dustaqlığı həbsə çevrilə bilər...

Natiq Məmmədli: “Uşaqların şəxsi məlumatlarının yayılması risklidir”

Natiq Məmmədli: “Uşaqların şəxsi məlumatlarının yayılması risklidir”

End of content

No more pages to load

RADİO