Salyan rayonunun Seyidlər kəndində Cəfərov Rafiq Əşrəf oğluna məxsus ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları 36 m² sahədə yanıb.
Bizim.Media xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. İlkin ehtimala görə, yanğına səbəb elektrik cihazındakı nasazlıq səbəb olub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Sabutay, Bizim Media, Cənub bürosu