Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "Mersedes" markalı avtomobilin qəfildən idarəetməni itirməsi səbəbindən ağaca çırpılması 2 sərnişinin xəsarət alması ilə nəticələnib.
Xəsarət alanlar Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu