“TikTok”da tanış olduğu qızı alçaldaraq videoya çəkən şəxs HƏBS EDİLDİ

Bakıda sevgilisinə ağır işgəncələr verən, ona qarşı alçaldıcı hərəkətlər edərək videoya çəkən gənc oğlan həbs edilib.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, Neftçala rayon sakini olan 2003-cü il təvəllüdlü Əli Məmmədov Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6 və 150.2.4-cü maddələri ilə məsuliyyətə cəlb edilib.

Məlum olub ki, Əli Məmmədov TikTok sosial şəbəkəsində Sumqayıt şəhər sakini olan Aysu (şərti adlı) ilə tanış olub və aralarında sevgi münasibəti yaranıb.

Bir müddət sonra Aysunun hamilə olması məlum olub. Lakin daha sonra onların münasibəti pozulub. Ə.Məmmədov qısqanclıq zəminində sevgilisini cəzalandırmaq qərarına gəlib. O, xanımı dostunun evinə apararaq orada amansızlıqla döyüb, başından, ağzından, sifətindən və digər nahiyələrindən ağır xəsarətlər yetirib. Qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən və bunu videoya çəkən Əli daha sonra onu başqa evə apararaq 4 gün müddətində orada saxlayıb. Burada da Aysunu dəfələrlə döyərək xəsarətlər yetirib. Həmçinin hamama salaraq alçaldıcı hərəkətlərlə qadını təhqir edib və etdiyini lentə alıb.

5 gün müddətində qızından xəbər ala bilməyən Aysunun anası polisə müraciət etdikdən sonra onların yeri müəyyən edilib və Əli Məmmədov saxlanılıb. Onun telefonundan qıza qarşı etdiyi hərəkətləri əks etdirən 4 video aşkar edilərək istintaq materiallarına daxil edilib.

Ə.Məmmədovun zorakılığı nəticəsində Aysu bətnindəki övladını da itirib. 

Bir müddət əvvəl cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmənin ötən həftə çıxardığı hökmlə Ə.Məmmədov Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6 və 150.2.4-cü maddələri (əzab vermə - hamilə və köməksiz vəziyyətdə olan şəxsə qarşı işgəncə verməklə törədildikdə, xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri) ilə təqsirli bilinib. Ə.Məmmədova 7 il həbs cəzası verilib.

Qeyd edək ki, Ə.Məmmədov 2022-ci ildə də ağır cinayət törədibmiş. Həmin vaxt Cinayət Məcəlləsinin 126.1-ci, yəni qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə təqsirli bilinən gənc ilk dəfə cinayət törətməsi, yaşı və digər hallar nəzərə alınmaqla sınaq müddəti verilməklə şərti cəza alıbmış.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftənin ilk günü İŞ OLMAYACAQ

Həftənin ilk günü İŞ OLMAYACAQ

Qızıl bazarında diqqətçəkən UCUZLAŞMA - VİDEO

Qızıl bazarında diqqətçəkən UCUZLAŞMA - VİDEO

"Apple" "iPhone"a tuva və yakut dillərini ƏLAVƏ ETDİ

"Apple" "iPhone"a tuva və yakut dillərini ƏLAVƏ ETDİ

Maliyyə hüzuruna qovuşacaq 3 BÜRC

Maliyyə hüzuruna qovuşacaq 3 BÜRC

Anonim hesabla təhqir yazanlar belə tapılır - AÇIQLAMA

Anonim hesabla təhqir yazanlar belə tapılır - AÇIQLAMA

Ən yaxşı babalar bu 4 TARİXDƏ doğulur

Ən yaxşı babalar bu 4 TARİXDƏ doğulur

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Daşkəsəndə yumurta boyda dolu yağdı - VİDEO

Daşkəsəndə yumurta boyda dolu yağdı - VİDEO

Kanada - Bosniya və Herseqovina oyununda hesab bərabərləşdi

Kanada - Bosniya və Herseqovina oyununda hesab bərabərləşdi

33 il sonra Kəlbəcərin ilk məzunu - FOTO

33 il sonra Kəlbəcərin ilk məzunu - FOTO

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs HƏBS OLUNDU

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs HƏBS OLUNDU

Zeynəb Xanlarova: Şəklə baxıb ərə getdim, görüşmədim - VİDEO

Zeynəb Xanlarova: Şəklə baxıb ərə getdim, görüşmədim - VİDEO

Zəlzələdən təşvişə düşən sakinlər DANIŞDILAR - VİDEO

Zəlzələdən təşvişə düşən sakinlər DANIŞDILAR - VİDEO

DÇ-2026: Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə YEKUNLAŞDI

DÇ-2026: Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə YEKUNLAŞDI

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışı keçirildi - FOTO/VİDEO

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışı keçirildi - FOTO/VİDEO

Kadırov pişiyindən DANIŞDI: “Qorxuram ona da sanksiya tətbiq edələr”

Kadırov pişiyindən DANIŞDI: “Qorxuram ona da sanksiya tətbiq edələr”

Texasda kütləvi atışma: ölən və yaralılar var

Texasda kütləvi atışma: ölən və yaralılar var

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

Roma Papasının təyyarəsi xarab oldu – İspaniya Kralı öz laynerini verdi

Roma Papasının təyyarəsi xarab oldu – İspaniya Kralı öz laynerini verdi

Zelenski rus dili ilə bağlı qanun İMZALADI

Zelenski rus dili ilə bağlı qanun İMZALADI

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

Aparıcı Çinarə ana oldu - VİDEO

Aparıcı Çinarə ana oldu - VİDEO

End of content

No more pages to load

RADİO