Kürdəmirdə ağır yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunda rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü 1976-cı il təvəllüdlü Qasımov Elşən Məhəmmədəli oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpılıb.
Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.





Bizim.Media, Aran bürosu