Masaj etdirdiyi qadını yaraladı - Yenidən 10 illik həbs olundu

9 il 5 aydan sonra azadlığa buraxılan 32 yaşlı Gəncə şəhər sakini Rauf Məmmədov bu dəfə masajist qadının şikayəti ilə uzun müddətə həbsə göndərilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Rauf Məmmədov bu dəfə masaj etdirdiyi qadına qarşı quldurluq edib.

Məlumat üçün bildirək ki, Rauf 2012-ci ildə elə quldurluğa görə 10 il 6 ay azadlıqdan məhrum edilib. 2021-ci ildə cəzasının 9 il 5 ayını çəkdiyinə görə şərti olaraq azadlığa buraxılıb.

Raufun indiki cinayətinə gəlincə, o bu dəfə internet üzərindən tanış olduğu masajist qadına xəsarət yetirib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Rauf özü də ifadəsində etiraf edib ki, masaj xidməti ilə məşğul olan Təranənin (ad dəyişdirilib-red) nömrəsini internet saytlarından birindən əldə edib. Bundan sonra onunla danışıb, masaj üçün Təranənin yaşadığı evə gedib. Masaj xidmətinin hər seansı üçün xidməthaqqı kimi 50 manata razılaşıblar.

İşin maraqlı tərəfi odur ki, masaja gələn Raufun üstündə real pul olmayıb. O, üstündə saxladığı 200 manat saxta pulla masajisti aldatmaq istəyib. Hətta birinci cəhdi uğurlu alınıb. O, ilk seansdan sonra Təranəyə saxta 100 manat verib, əvəzində qalıq kimi ondan 50 manat real pul alıb. Bundan sonra o, daha bir 50 manat ələ keçirmək üçün ikinci seans masaj etdirib. Xidməthaqqı kimi digər saxta 100 manatı verib. Lakin Təranə bu dəfə pulun saxta olduğunu başa düşüb.

Bundan sonra o, Raufdan pulunu tələb edib, əks halda polis çağıracağını deyib. Bu vaxt Rauf onun üzərinə hücum çəkib, üstündə gəzdirdiyi bıçağın arxa hissəsi ilə Təranəyə xəsarət yetirib.

Bundan sonra onun əlindəki 50 manatı, digər otaqdakı 160 manatı və zərərçəkmişə aid 80 manatlıq telefonu götürərək evdən qaçıb.

Hadisədən bir müddət sonra Rauf polis əməkdaşları tərəfindən tutulub. O, ifadəsində əməlindən peşman olduğunu deyib.

Məhkəmədə masajist ona dəymiş 290 manat zərərin ödənilməsini, Raufa isə layiq olduğu cəzanın verilməsini xahiş edib.
Faiq Qəniyevin sədrlik etdiyi məhkəmə heyətinin hökmü ilə R.Məmmədov quldurluqda və qanunsuz soyuq silah gəzdirməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunub.

Rauf ömrünün 10 ilini xüsusi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oman sahillərində tanker naməlum mərmi ilə VURULDU

Oman sahillərində tanker naməlum mərmi ilə VURULDU

Hava limanları özəlləşdirilir: Kim qazanacaq?

Hava limanları özəlləşdirilir: Kim qazanacaq?

Zaqatalada iki nəfəri İLAN SANCDI: ölən var

Zaqatalada iki nəfəri İLAN SANCDI: ölən var

ABŞ millisində ciddi itki

ABŞ millisində ciddi itki

Aygünlə Namiqin marağa səbəb olan görüntüsü - VİDEO

Aygünlə Namiqin marağa səbəb olan görüntüsü - VİDEO

Şahbaz Şərif: “Sülh sazişi 24 saat ərzində imzalana bilər”

Şahbaz Şərif: “Sülh sazişi 24 saat ərzində imzalana bilər”

Millimizin üzvü evləndi

Millimizin üzvü evləndi

Qusarın ümumtəhsil məktəblərində “son zəng” çalındı - FOTOLAR

Qusarın ümumtəhsil məktəblərində “son zəng” çalındı - FOTOLAR

DÇ-2026: Braziliya və Türkiyə milliləri mübarizəyə başlayır

DÇ-2026: Braziliya və Türkiyə milliləri mübarizəyə başlayır

Azərbaycanda bu bank bağlandı – BOKT-a çevrildi

Azərbaycanda bu bank bağlandı – BOKT-a çevrildi

Özəl reabilitasiya mərkəzində müəmmalı ÖLÜM

Özəl reabilitasiya mərkəzində müəmmalı ÖLÜM

Levandovski müqavilə bağlamaq üçün ABŞ-ya yollandı

Levandovski müqavilə bağlamaq üçün ABŞ-ya yollandı

Qızılca əleyhinə peyvənd vurulmayan uşaqlar TƏHLÜKƏDƏ

Qızılca əleyhinə peyvənd vurulmayan uşaqlar TƏHLÜKƏDƏ

15-21 iyun tarixlərində hansı bürclər mənfəət gözləyə bilər?

15-21 iyun tarixlərində hansı bürclər mənfəət gözləyə bilər?

Sülh razılaşmasının vaxtı və yeri MƏLUM OLDU

Sülh razılaşmasının vaxtı və yeri MƏLUM OLDU

“Araz çayından birgə istifadə regional su təminatı üçün vacibdir” - DEPUTAT

“Araz çayından birgə istifadə regional su təminatı üçün vacibdir” - DEPUTAT

“Şəfa” kapitanı ilə müqaviləni uzatdı

“Şəfa” kapitanı ilə müqaviləni uzatdı

Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək

Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək

Qazaxıstanda 1 yaşlı uşaq tualet çuxuruna düşdü - VİDEO

Qazaxıstanda 1 yaşlı uşaq tualet çuxuruna düşdü - VİDEO

Kanada millisini yox, ABŞ-ı dəstəklədi? – Trüdo tənqid hədəfinə çevrildi - VİDEO

Kanada millisini yox, ABŞ-ı dəstəklədi? – Trüdo tənqid hədəfinə çevrildi - VİDEO

Qazonu nə vaxt biçmək lazımdır?

Qazonu nə vaxt biçmək lazımdır?

İranda edama məhkum edilmiş 139 nəfər əfv edildi

İranda edama məhkum edilmiş 139 nəfər əfv edildi

Sürücülər bu xəbəri mütləq oxusun

Sürücülər bu xəbəri mütləq oxusun

Türkiyədə ölü tapılan müəllimin SƏS YAZISI yayıldı -VİDEO

Türkiyədə ölü tapılan müəllimin SƏS YAZISI yayıldı -VİDEO

End of content

No more pages to load

RADİO