Cəlilabad rayonunda əhalinin ümumi sayı aprel ayının 1-i vəziyyətinə 217,6 min nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rayon Statistika İdarəsi məlumat yayıb.
Cari ilin 3 ayında 728 nəfər uşaq dünyaya gəlib, 256 ölüm halı qeydə alınıb.
Əhalinin təbii artımı 472 nəfər olub.
Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 216 nikah və 55 boşanma halı rəsmiləşdirilib.
Bizim.Media