Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 49,5 m² olan 2 otaqlı mənzilin mətbəxində 2 p.m. mətbəx mebeli və 3 ədəd məişət avadanlığı yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media