Xaçmazın Niyazaabad kəndində "Mercedes" markalı avtomaşın dərəyə aşib.
Bizim.Media xəbər verir ki, hadisə avtomobil hərəkətdə olarkən qeydə alınıb.
Nəticədə avtomaşında olan sərnişin, 66 yaşlı Qabil Əhmədov yerindəcə ölüb.
Onun ailə üzvlərinin üç nəfəri isə müxtəlif xəsarətlərlə rayon xəstəxanasına çatdırılıb. Qəzanın səbəbləri araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu