Azadlığa çıxan gün eks-arvadını oğurladı - 10 illik həbsə getdi - FOTO

Uzun illər həbsdə olan kişi azadlığa çıxan gün qohumları ilə birləşib keçmiş arvadını oğurlayıb.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir neçə ay əvvəl baş verib.

Lakin bu haqda məlumat yayılmayıb. İstintaq materiallarından məlum olur ki, təqsirləndirilən Şamo Qocayev bir neçə il əvvəl boşandığı arvadı Aydan Nağıyevanı (şərti) oğurlamaq məqsədi ilə qohumları Ayaz Heydərli və Anar Talıblı ilə cinayətkar əlaqəyə girib.

Plana görə, Şamo Bakıda yaşayan arvadını oğurlayıb Salyana aparmalı imiş. Hadisə günü Şamo və Ayaz Anarın etibarnəmə əsasında idarə etdiyi avtomobillə arvadının olduğu əraziyə gəliblər.

Şamo keçmiş arvadına övladını oğurladığı ilə bağlı yalan məlumat verərək, uşağı görməsi üçün maşına oturmasının vacib olduğunu deyib. Aydanın razılaşmadığını görən Şamo onu məcbur maşına salıb.

Avtomobildə Şamo Anarla birləşərək qadının müqavimətini qırmaq məqsədilə ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Polis məsələdən xəbər tutan kimi qohumların planını pozub. Qohumlar Salyana çata-çatda təqibdə olan polis əməkdaşları tərəfindən saxlanılıblar.

Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsinin bir neçə bəndi ilə ittiham verilib. Təqsirləndirilən şəxslər isə ittihamla razı deyillər.

Ş.Qocayev ifadəsində deyib ki, o, oğurluq əməlinə görə uzun illər həbsdə olub, elə bu hadisə baş verən günü azadlığa buraxılıbmış.

Keçmiş arvadı ilə də uşaqlarını görmək üçün görüşə gedib. Dediyinə görə, arvadı görüşə etiraz etdiyi üçün aralarında mübahisə yaranıb. Amma məqsədi onu oğurlamaq olmayıb.

Müttəhimlər hər biri məhkəmədən bəraət istəyiblər.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılıb.

Hökmə əsasən Şamo Qocayev 10 il, Azər Heydərli 8 il 6 ay, Anar Talıblı isə 8 il müddətinə azadlıqdan məhrum edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp və Zelenski Fransada görüşə bilər

Tramp və Zelenski Fransada görüşə bilər

Çexiya Tayvanın müstəqilliyini tanımaqdan İMTİNA ETDİ

Çexiya Tayvanın müstəqilliyini tanımaqdan İMTİNA ETDİ

"O qədər imkanı var, məndən pulsuz bilet istəyir" - VİDEO

"O qədər imkanı var, məndən pulsuz bilet istəyir" - VİDEO

Niyyəti xoş, dili "zəhər" olan BÜRCLƏR

Niyyəti xoş, dili "zəhər" olan BÜRCLƏR

Flora Kərimova xəstəxanaya yerləşdirildi — FOTO

Flora Kərimova xəstəxanaya yerləşdirildi FOTO

Toylarda spirtli içkilər qadağan edilə bilərmi?

Toylarda spirtli içkilər qadağan edilə bilərmi?

Kürdəmirdə ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

Kürdəmirdə ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

SAXAL Livanda 70-dən çox hərbi obyekti VURDU

SAXAL Livanda 70-dən çox hərbi obyekti VURDU

Qətər İrana 12 milyard dollar TƏKLİF ETDİ

Qətər İrana 12 milyard dollar TƏKLİF ETDİ

Ukraynalı boksçu Usik Trampla görüşdü

Ukraynalı boksçu Usik Trampla görüşdü

Azərbaycan atleti Nazim Babayev karyerasını başa vurdu - FOTO

Azərbaycan atleti Nazim Babayev karyerasını başa vurdu - FOTO

İsveçrədə sabah qeyri-adi referendum keçiriləcək

İsveçrədə sabah qeyri-adi referendum keçiriləcək

Şabranda kişi evinin həyətində ölü tapıldı

Şabranda kişi evinin həyətində ölü tapıldı

Pezeşkian: "İrana qarşı iqtisadi müharibə aparılır"

Pezeşkian: "İrana qarşı iqtisadi müharibə aparılır"

Aygün Kazımova məzunların tədbirində geyimi ilə gündəm oldu - FOTO

Aygün Kazımova məzunların tədbirində geyimi ilə gündəm oldu - FOTO

Makronun İrəvan FİASKOSU – Ermənilərin gizlətməyə çalışdığı tarixi irsimiz belə İFŞA OLDU – VİDEO

Makronun İrəvan FİASKOSU – Ermənilərin gizlətməyə çalışdığı tarixi irsimiz belə İFŞA OLDU – VİDEO

Azərbaycan millisi dünya çempionu oldu - FOTO

Azərbaycan millisi dünya çempionu oldu - FOTO

İran XİN: “Nüvə proqramı müzakirə mövzusu deyil”

İran XİN: “Nüvə proqramı müzakirə mövzusu deyil”

Nazir Kəlbəcərin yeganə məzununun “Son zəng”ində - FOTO

Nazir Kəlbəcərin yeganə məzununun “Son zəng”ində - FOTO

Xamenei yüzlərlə məhbusu ƏFV ETDİ

Xamenei yüzlərlə məhbusu ƏFV ETDİ

Biləsuvarda evə girən oğru tanındığını bilincə qadını 20 yerdən bıçaqladı - TƏFƏRRÜAT

Biləsuvarda evə girən oğru tanındığını bilincə qadını 20 yerdən bıçaqladı - TƏFƏRRÜAT

Növbəti mövsümdə ölkə klublarına ayrılacaq vəsait BƏLLİ OLDU

Növbəti mövsümdə ölkə klublarına ayrılacaq vəsait BƏLLİ OLDU

Ermənistandakı seçkilərin yekun nəticələri BU TARİXDƏ açıqlanacaq

Ermənistandakı seçkilərin yekun nəticələri BU TARİXDƏ açıqlanacaq

İsrailin hücumları zamanı Livanda şəhər meri həlak oldu

İsrailin hücumları zamanı Livanda şəhər meri həlak oldu

End of content

No more pages to load

RADİO