Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini TƏBRİK EDİB

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzinə çevrilən müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığı özündə yaşatmaqla, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm etdirir. 

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha da güclənərək, demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu artmaqdadır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti şəraitinin daha da yaxşılaşdırılması, sosial infrastrukturun gücləndirilməsi istiqamətində orduda genişmiqyaslı islahatlar aparılır.

Respublikamızın müdafiə qüdrətinin artırılmasında qazanılan böyük nailiyyətlər, düşmən təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatı şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi yazıldı.

Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq Qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. 

Ötən il Xankəndi şəhərində keçirilən 8 Noyabr - Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş Zəfər Paradı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi şəhərində Zəfər meydanı adlandırdığı meydanda Novruz tonqalını alovlandırmaqla, Xalq, Millət, Dövlət birliyinin təcəssümünü və Böyük Qələbəsini təsdiqlədi. Bu gün işğaldan azad olunmuş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə, bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verir.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığınızı daha da artıraraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəksiniz.

Respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, valideynlərini, ailələrini, torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Sizi müqəddəs Qurban bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti və şərəfli xidmətinizdə nailiyyətlər arzulayıram. Bu bayram həyatınıza əmin-amanlıq, firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.

Bayramınız mübarək olsun!” , - deyə təbrik mətnində qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp və Zelenski Fransada görüşə bilər

Tramp və Zelenski Fransada görüşə bilər

Çexiya Tayvanın müstəqilliyini tanımaqdan İMTİNA ETDİ

Çexiya Tayvanın müstəqilliyini tanımaqdan İMTİNA ETDİ

"O qədər imkanı var, məndən pulsuz bilet istəyir" - VİDEO

"O qədər imkanı var, məndən pulsuz bilet istəyir" - VİDEO

Niyyəti xoş, dili "zəhər" olan BÜRCLƏR

Niyyəti xoş, dili "zəhər" olan BÜRCLƏR

Flora Kərimova xəstəxanaya yerləşdirildi — FOTO

Flora Kərimova xəstəxanaya yerləşdirildi FOTO

Toylarda spirtli içkilər qadağan edilə bilərmi?

Toylarda spirtli içkilər qadağan edilə bilərmi?

Kürdəmirdə ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

Kürdəmirdə ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

SAXAL Livanda 70-dən çox hərbi obyekti VURDU

SAXAL Livanda 70-dən çox hərbi obyekti VURDU

Qətər İrana 12 milyard dollar TƏKLİF ETDİ

Qətər İrana 12 milyard dollar TƏKLİF ETDİ

Ukraynalı boksçu Usik Trampla görüşdü

Ukraynalı boksçu Usik Trampla görüşdü

Azərbaycan atleti Nazim Babayev karyerasını başa vurdu - FOTO

Azərbaycan atleti Nazim Babayev karyerasını başa vurdu - FOTO

İsveçrədə sabah qeyri-adi referendum keçiriləcək

İsveçrədə sabah qeyri-adi referendum keçiriləcək

Şabranda kişi evinin həyətində ölü tapıldı

Şabranda kişi evinin həyətində ölü tapıldı

Pezeşkian: "İrana qarşı iqtisadi müharibə aparılır"

Pezeşkian: "İrana qarşı iqtisadi müharibə aparılır"

Aygün Kazımova məzunların tədbirində geyimi ilə gündəm oldu - FOTO

Aygün Kazımova məzunların tədbirində geyimi ilə gündəm oldu - FOTO

Makronun İrəvan FİASKOSU – Ermənilərin gizlətməyə çalışdığı tarixi irsimiz belə İFŞA OLDU – VİDEO

Makronun İrəvan FİASKOSU – Ermənilərin gizlətməyə çalışdığı tarixi irsimiz belə İFŞA OLDU – VİDEO

Azərbaycan millisi dünya çempionu oldu - FOTO

Azərbaycan millisi dünya çempionu oldu - FOTO

İran XİN: “Nüvə proqramı müzakirə mövzusu deyil”

İran XİN: “Nüvə proqramı müzakirə mövzusu deyil”

Nazir Kəlbəcərin yeganə məzununun “Son zəng”ində - FOTO

Nazir Kəlbəcərin yeganə məzununun “Son zəng”ində - FOTO

Xamenei yüzlərlə məhbusu ƏFV ETDİ

Xamenei yüzlərlə məhbusu ƏFV ETDİ

Biləsuvarda evə girən oğru tanındığını bilincə qadını 20 yerdən bıçaqladı - TƏFƏRRÜAT

Biləsuvarda evə girən oğru tanındığını bilincə qadını 20 yerdən bıçaqladı - TƏFƏRRÜAT

Növbəti mövsümdə ölkə klublarına ayrılacaq vəsait BƏLLİ OLDU

Növbəti mövsümdə ölkə klublarına ayrılacaq vəsait BƏLLİ OLDU

Ermənistandakı seçkilərin yekun nəticələri BU TARİXDƏ açıqlanacaq

Ermənistandakı seçkilərin yekun nəticələri BU TARİXDƏ açıqlanacaq

İsrailin hücumları zamanı Livanda şəhər meri həlak oldu

İsrailin hücumları zamanı Livanda şəhər meri həlak oldu

End of content

No more pages to load

RADİO