Mətbuat Şurası beynəlxalq təşkilatları Fransanın qərəzini pisləməyə ÇAĞIRDI

“Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovanın Almaniyanın Bonn şəhərində keçirilən seminarda iştirakına yol verməmək, onun Şengen ərazisinə girişinin qarşısının almaq yönümlü hərəkətlər dərin təəssüf hissi doğurur”.

Bizim.Media xəbər verir ki, bu barədə Mətbuat Şurası bəyanat yayıb.

Bildirilib ki, Fransanın sifarişi səbəbindən meydana çıxan bu insident hüquq normalarını pozmaq, söz və ifadə azadlığını məhdudlaşdırmaq cəhdidir:

"Nəzərə alaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın bir çox ölkələrindən jurnalistlər dəvət ediliblər. O cümlədən, azərbaycanlı jurnalistin də toplantıda iştirakı əvvəlcədən müəyyənləşdirilib və bu məqsədlə bütün zəruri prosedurlar yerinə yetirilib. Çoxgirişli Şengen vizası, seminara dəvət və digər sənədlər qaydasında olub. Nəticədə Azərbaycanın Almaniyadakı səfirliyinin və UNFCCC Katibliyinin səyləri ilə Almaniyanın rəsmi qurumları Fransanın tələbinin əsassız olduğunu görüblər. Bundan sonra A.Həsənovanın ölkəyə daxil olmasına icazə verilib”.

“Fransanın yanaşması siyasi xarakterlidir, qərəzlidir, nəinki hüquqa, heç adi etik normalara da sığmır. Bu, ölkənin media dəyərlərinə, azad sözə dözümsüz münasibətidir. Fransa nəzərə almalıdır ki, jurnalist fəaliyyətini məhdudlaşdırmaq cəhdi, eyni zamanda, demokratizmi, bəşəri prinsipləri heçə saymaqdır. Təəssüf ki, ölkə hakimiyyətində bu barədə düşünən yoxdur.

Azərbaycan Mətbuat Şurası dünyanın aparıcı jurnalist dairələrini, insan hüquq və azadlıqlarını qorumağa mükəlləf təşkilatları Fransanın AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovanın fəaliyyətini məhdudlaşdırmaq istəyini qətiyyətlə pisləməyə çağırır.

Şuranın mövqeyi budur ki, Avropanın mərkəzində jurnalistə qarşı belə siyasi yanaşmanın tətbiqi cəhdinin mənfi presedent yarada bilmə ehtimalı böyükdür. Ona görə də bu cür halların təkrarlanmaması naminə müqavimət formalaşdırılmalıdır.
Əmin olmaq istərdik ki, Avropanın və dünyanın mütərəqqi çevrələrinin səyləri, prinsipial yanaşmaları nəticəsində Fransaya münasibətdə ciddi ictimai qınaq tədbirləri həyata keçiriləcək, ölkə bir daha belə qanunsuz və qərəzli metodlara əl atmağa cəsarət etməyəcək", - bəyanatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Hidayət Orucov VƏFAT ETDİ

Hidayət Orucov VƏFAT ETDİ

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Konqoda yayılan Ebola ştamı artıq sərhədləri AŞIR

Konqoda yayılan Ebola ştamı artıq sərhədləri AŞIR

AZAL-ın Naxçıvana gedən təyyarəsi GERİ DÖNDÜ

AZAL-ın Naxçıvana gedən təyyarəsi GERİ DÖNDÜ

Tramp və Zelenski Fransada görüşə bilər

Tramp və Zelenski Fransada görüşə bilər

End of content

No more pages to load

RADİO