Koronavirus xəstələri üçün tikilən modul xəstəxanaların aqibəti NECƏ OLDU?

Azərbaycanda hazırda xüsusi karantin rejimidir. Belə ki, mart ayında Nazirlər Kabinetinin qərarı ilə koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 iyul saat 06:00-dək uzadılıb.

Hazırda ölkədə koronavirusa neçə nəfərin yoluxması barədə məlumat yoxdur. Çünki Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvar ayına dair sonuncu statistikası fevral ayının 2-də yayılıb. O müddətdən sonra virusa yoluxma, xəstəlikdən sağalan və ölənlərin sayı ilə bağlı məlumat verilməyib.

Məlumdur ki, ölkədə koronavirusa yoluxma halı qeydə alındığı gündən bir çox mübarizə tədbirləri görülüb. Həmin tədbirlərdən biri də xəstələrin müalicəsi üçün modul tipli xəstəxanaların fəaliyyətə başlaması idi.

Maraqlıdır, koronavirus xəstələrinin müalicəsi üçün neçə modul tipli xəstəxana açılıb və hazırda koronavirusa yoluxanların sayının azlığını nəzərə alsaq, onlar fəaliyyətlərini davam etdirirlərmi?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bir modul tipli xəstəxanada COVID-19 virusuna yoluxmuş şəxslərin stasionar müalicəsi davam etdirilir:

“TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti tənzimlənib, bütün növ resurslar optimallaşdırılıb və zərurət yarandığı hallar üzrə həmin xəstəxanalar müalicə-müayinə prosesinə səmərəli şəkildə cəlb olunur. 

Ötən il modul tipli xəstəxanaların bazasında Bakı və Sumqayıt şəhərlərində, Abşeron və Xızı rayonlarında yaşayan əhaliyə vərəm əleyhinə göstərilən yardımın yaxşılaşdırılması məqsədilə dərmanlara həssas vərəmli xəstələrə stasionar yardım üçün 200 çarpayı fondu olan Saray modul tipli vərəm əleyhinə xəstəxana istifadəyə verilib.

Bundan əlavə, vətəndaşlara müasir standartlara uyğun tibbi xidmətin göstərilməsi məqsədilə Respublika Klinik Xəstəxanasının inzibati binasının uzun müddətdir istismar olunması səbəbindən əsaslı təmirə ehtiyacı yarandığı üçün 6 terapevtik şöbəsinin müvəqqəti olaraq xəstəxananın inzibati binasından Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Hacıağa Dadaşov küçəsi 65 ünvanında yerləşən Modul tipli Xəstəxanaya köçürülməsi həyata keçirilməkdədir.

Sabunçu Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Məhəmmədi Modul tipli Xəstəxanada isə COVID-19 virusuna yoluxmuş şəxslərin stasionar müalicəsi davam etdirilməklə yanaşı, infeksion xəstəliklərin diaqnostik müayinə və müalicəsi də bu modul tipli müəssisədə həyata keçirilir. 
Sumqayıt Modul tipli Xəstəxanada hazırda Simulyasiya Mərkəzi yerləşdirilib”.

O da bildirilib ki, COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərirdi:

“Bölgələrdə və Bakıda COVID-19-la mübarizəyə cəlb edilmiş xəstəxanalarda artıq uzun müddətdir ki, ənənəvi xidmət bərpa edilib”.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Hidayət Orucov VƏFAT ETDİ

Hidayət Orucov VƏFAT ETDİ

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Konqoda yayılan Ebola ştamı artıq sərhədləri AŞIR

Konqoda yayılan Ebola ştamı artıq sərhədləri AŞIR

AZAL-ın Naxçıvana gedən təyyarəsi GERİ DÖNDÜ

AZAL-ın Naxçıvana gedən təyyarəsi GERİ DÖNDÜ

Tramp və Zelenski Fransada görüşə bilər

Tramp və Zelenski Fransada görüşə bilər

End of content

No more pages to load

RADİO