Cəlilabad rayonunda avtomobil qəzası baş verib.
Bizim.Media xəbər verri ki, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb.
Təbriz Həsənovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə Ramin Şükürovun idarə etdiyi "VAZ 2106" markalı minik maşını toqquşub. Qəza zamanı hər iki sürücü xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu