Qərbi Azərbaycan Xronikası: "Nəslimizə "qolçomaq" damğası vurub sürgün ediblər" – VİDEO  

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. 

Bizim.Media xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov olub. 

O, ata-baba yurdu Göyçə və Dərələyəz mahallarından söhbət açıb. 

Müsahib bildirib ki, valideynləri ötən əsrin ikinci yarısında Qərbi Azərbaycandan deportasiya olunub, indiki Şirvan, Salyan rayonlarının ərazisində məskunlaşmağa məhkum ediliblər. Qeyd edib ki, vaxtilə babasının hektarlarla torpaq sahəsi, saysız-hesabsız iribuynuzlu və xırdabuynuzlu heyvan sürüləri olub. Sovet hökuməti qurulan illərdə könüllü şəkildə onları kolxoz və sovxoza təhvil verib.

Buna rəğmən, onun nəslinə "qolçomaq" damğası vurub sürgünə, təqibə məruz qoyublar. ATXƏM sədri deyib ki, baba və nənələri, valideynləri yurd həsrəti, Vətən nisgili ilə dünyalarını dəyişiblər.
Ötən əsrin əvvəlində Qərbi Azərbaycanda ermənilərin törətdiyi soyqırımından danışan İ.İsmayılov babasının bu qırğınlara qarşı təşkil olunmuş müqavimət, müdafiə dəstəsində yer aldığını dilə gətirib. Vurğulayıb ki, erməni daşnaklarına qarşı döyüşlərdə göstərdiyi şücaətə görə babası Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa tərəfindən mükafatlandırılıb. O, ermənilərin Qafqazda ən böyük qırğınları məhz Qərbi Azərbaycanda törətdiyini diqqətə çatdırıb. Söyləyib ki, ermənilər azərbaycanlıların evlərini dağıdıb, kəndlərini viran qoyublar. Qafqaz İslam Ordusu azərbaycanlıların köməyinə çatmaqla bu qırğınların, talanların qarşısını alıb. 

İ.İsmayılov erməni millətçilərinin sovet hakimiyyəti illərində də böyük faciələrə yol açdıqlarını bildirib. Qeyd edib ki, bu faciələrin kulminasiya nöqtəsi 1988-ci ilin deportasiyası olub. Bununla ermənilər Qərbi Azərbaycandakı bütün soydaşlarımızı öz ata-baba yurdundan didərgin salıb, mono-etnik bir respublika yaratmağa nail olublar. "Dənizdən dənizə böyük Ermənistan" ideologiyası ilə zəhərlənən ermənilər o illərdə azərbaycanlıların dinc şəkildə ölkəni tərk etməsinə də imkan yaratmayıblar. Zorla köçürülən azərbaycanlıların karvanları erməni yaraqlılarının hücumlarına məruz qalıb. Bir çox hallarda dinc insanlara mənəvi-fiziki işgəncələr verilib, onlar günahsız yerə qətlə yetiriliblər. 

ATXƏM sədri qeyd edib ki, üzləşdikləri çətinliklərə, başlarına gətirilən faciələrə baxmayaraq, Qərbi azərbaycanlılar tarixi torpaqlarımız uğrunda mübarizəni nəsildən-nəsilə ötürüblər.

O, rəhbərlik etdiyi təşkilatın da Qərbi Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdığını, bu məqsədlə Avropa ölkələrində silsilə tədbirlər keçirdiyini vurğulayıb. Deyib ki, hazırda xaricdə yaşayan, vaxtilə deportasiyaya məruz qalan soydaşlarımızda mübarizə əzmi böyükdür. İ.İsmayılov bütün Qərbi azərbaycanlıların dinc yolla ata-baba yurdlarına qayıtmaq istədiyini dilə gətirib. 

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. 

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. 

Ətraflı Baku TV-nin süjetində: 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İbrahim Borçalının evində toy olacaq

İbrahim Borçalının evində toy olacaq

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Soçinin sabiq meri 15 il müddətinə azadlıqdan məhrum edildi – FOTO

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

End of content

No more pages to load

RADİO