Zəhərlənmə, cinayət meyillərinin artması... – Saxta spirtli içkilərin daha hansı FƏSADLARI VAR?

Son zamanlarda spirtli içkinin təsiri altında cinayət hadisələri törədən şəxslərin sayı artmaqdadır. Təqsirləndirilən şəxslərin bir çoxu hadisənin törədərkən anlaqsız vəziyyətdə olduqlarını qeyd edirlər. Bununla yanaşı, spirtli içkidən zəhərlənənlərin də sayı xeyli çoxdur. 

Belə ki, Kliniki Tibbi Mərkəzdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, son 1 ildə ölkəmizdə etanoldan (alkoqollu içkilər) 124 nəfər zəhərlənib.

Spirtli içki qəbul edib, xoşagəlməz əməllər törədən şəxlərin artması isə iki ehtimalı gündəmə gətirir. 

Bir çox şəxslərin fikrincə, spirtli içkinin təsiri altında cinayətlərin artmasının əsas səbəbi şəxslərlə bağlıdır. Yəni, bəzi şəxslərin spirtli içki qəbul etdikdə 180 dərəcə dəyişməsi xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur.

Əksəriyyət isə düşünür ki, problemin başlıca səbəbi spirtli içkilərin keyfiyyətsizliyidir. Belə ki, kustar üsullarla hazırlanan, keyfiyyətsiz içkilər insanların sinir sisteminə ağır təsirlər göstərir. Bu cür içkiləri qəbul edən şəxslərdə aqressiya, unutqanlıq kimi hallar üzə çıxır. Nəticədə, cinayət hallarının baş verməsi ehtimalı da artır...  

İçkinin saxta olduğunu necə müəyyənləşdirək? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, saxta spirtli içki içmiş adam iki cür hallarda həmin vəziyyəti hiss edir:

“Birincisi, gecədən səhərə qədər susayır. Bu o deməkdir ki, içdiyi spirtli içkinin tərkibində aldehidlərin sayı çoxdur. Aldehidlər spirtdən daha çox uçucudur və o susuzluq gətirir. İkincisi isə, yuxudan oyananda baş ağrısı, gicəllənməsi, gözlərdə şişkinlik varsa, deməli saxta spirtli içki qəbul edib. Bu o deməkdir ki, həmin içkinin tərkibində sivuş yağlarının miqdarı normadan çox olub və yaxşı təmizlənməyib. Regionlarda deyirlər ki, guya samaqonlar yaxşıdır. Bu, kökündən yalnışdır. Çünki onlar sivuş yağlarından azad olmayan içkilərdir”. 

E.Hüseynov bildirib ki, Azərbaycanda ən rahat istehsal olunan spirtli içki ağ araqlardır:

“Çünki araqların istehsalı üçün xüsusi üzüm bağları salmaq və onun əziyyətini çəkmək tələb olunmur. 2015-ci ildə araq istehsalı üçün guya lisenziyalar ləğv olundu. Bu biznes qurumlarının işinə yarayan məsələ idi. Lakin şirkətlər bundan sui-istifadə etdilər. O vaxta qədər Azərbaycanda 19 araq istehsalçısı var idisə, artıq bu rəqəm 90-a yaxındır. Spirtli İçki İstehsalçıları Birliyi baş nazirə yerli və xaricdən gələn spirtli içkilərə nəzarət barədə müraciət edib. Təəssüf ki, hələ radikal qərarlar qəbul edilməyib. 

Ölkənin əmtəə bazarında çoxlu saxta spirtli içki var. 

Bu işi ən yaxşı görən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsidir. Xatırladım ki, onlar 5 il bundan əvvəl ən bahalı restoranlarda ən bahalı içkilərin butulkalarına əslində Azərbaycanda doldurulmuş mayelər doldurulduğunu sübut etdilər. Çox təəssüf ki, adıçəkilən qurum bu işi davamlı həyata keçirmədi”.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Cavan Zeynallının səhhətində problem yarandı

Cavan Zeynallının səhhətində problem yarandı

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

Bugünkü İslam İnkişaf Bankı Qrupunun illik toplantısından VİDEO

Bugünkü İslam İnkişaf Bankı Qrupunun illik toplantısından VİDEO

End of content

No more pages to load

RADİO