Xırdalanda DƏHŞƏT: Məktəbin giriş qapısında 6 it şagirdə HÜCUM ETDİ

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin həyətində itlərin şagirdə hücum edərək ona xəsarət yetirdiyi bildirilir.  

Bizim.Media xəbər verir ki, bu barədə “qafqazinfo.az”a həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat veriblər. 
 
Onların sözlərinə görə, məktəbin 8-ci sinfində təhsil alan qız 6 itin hücumuna məruz qalıb və bədənin müxtəlif hissələrindən xəsarət alıb. Şəhərdə dəfələrlə rast gəlinən belə hadisənin bu dəfə təhsil ocağının həyətində yaşanmasından narahatlıq keçirən valideynlər məsələnin həll olmamasından gileylənirlər.  

Məsələ ilə bağlı Xırdalan şəhər 2 nömrəli tam orta məktəblə əlaqə saxlanılıb. Məktəbdən bildirilib ki, hadisə təhsil ocağının həyətində baş verməyib: 

“Hadisə şagird məktəbin həyətinə girməmiş, təhsil ocağının giriş qapısının qarşısında olub. Məktəbin ətrafında belə sahibsiz itlər çoxdur. Dəfələrlə məktəblilərə də, buradan keçən şəxslərə də hücum ediblər. Nə qədər müraciət etsək də, tədbir görən olmayıb”.  

Hadisə ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) deyilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə mayın 31-i saat 08:17 radələrində 14 yaşlı şəxsi it dişləməsi səbəbilə müraciət daxil olub: 

“Çağırış üzrə hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Xəstə sol baldırın yuxarı 3-də 1-nin dişlənmiş yarası diaqnozu ilə Abşeron Mərkəzi Xəstəxanasının Təcili Tbbi Yardım bölməsinə yerləşdirilib. Xəstəxanada yardım göstərildikdən sonra evə buraxılıb. Xəstənin vəziyyəti qənaətbəxşdir”. 

Xırdalanda bu kimi şikayətlərin çoxluğunu nəzərə alaraq Abşeron Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlanılıb. Qurumdan belə cavab verildi: 

“Sahibsiz heyvanlara qarşı kobud və qanunsuz hərkətlərin, o cümlədən digər hər hansı radikal addımın atılmasının mümkünsüzlüyünü nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən, mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb.

Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Tərəfimizdən layihənin smeta xərcləri işlənilib hazırlanıb, bu layihənin tikintisi üçün də maliyyə vəsaiti ayrılıb.
Hətta xidməti personal belə təyin edilib. Bütün bu işlərə paralel olaraq Mərkəzin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyəti qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Sənədləşmə işləri artıq son mərhələdədir. Bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə başlanılacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gürcüstanda dəhşətli qətl: 2 nəfəri güllələyən şəxs tutuldu

Gürcüstanda dəhşətli qətl: 2 nəfəri güllələyən şəxs tutuldu

Parkda istirahət edənləri qorxudan görüntülər: DİN-dən AÇIQLAMA - VİDEO

Parkda istirahət edənləri qorxudan görüntülər: DİN-dən AÇIQLAMA - VİDEO

Azərbaycan səfiri Peru Prezidentinin QƏBULUNDA - FOTO

Azərbaycan səfiri Peru Prezidentinin QƏBULUNDA - FOTO

Hindistanın hərbi təyyarəsi qəzaya uğradı: Ölənlər var - ANBAAN VİDEO

Hindistanın hərbi təyyarəsi qəzaya uğradı: Ölənlər var - ANBAAN VİDEO

OpenAI “ChatGPT”nin yeni funksiyasını Messi ilə tanıtdı

OpenAI “ChatGPT”nin yeni funksiyasını Messi ilə tanıtdı

Lavrov Fidanla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək

Lavrov Fidanla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək

Hikmət Hacıyev Ermənistanın Dilican şəhərinə GETDİ

Hikmət Hacıyev Ermənistanın Dilican şəhərinə GETDİ

İran Beyrutun bombalanmasına görə İsraildən qisas alacağını bəyan etdi

İran Beyrutun bombalanmasına görə İsraildən qisas alacağını bəyan etdi

Hamilə qadın və onu xilas etməyə çalışan əri VƏFAT ETDİ

Hamilə qadın və onu xilas etməyə çalışan əri VƏFAT ETDİ

Qalibaf: "İsrailin Beyruta zərbəsi Tehran və Vaşinqton arasındakı dialoqu sual altında qoyur"

Qalibaf: "İsrailin Beyruta zərbəsi Tehran və Vaşinqton arasındakı dialoqu sual altında qoyur"

Flora Kərimovanın SON DURUMU

Flora Kərimovanın SON DURUMU

AİLƏ FACİƏSİ: Ata oğlunu xilas edərkən boğuldu

AİLƏ FACİƏSİ: Ata oğlunu xilas edərkən boğuldu

Roqozindən şok təklif: "Avropalılar ələ keçirməsin deyə neft tankerlərimizi minalayaq"

Roqozindən şok təklif: "Avropalılar ələ keçirməsin deyə neft tankerlərimizi minalayaq"

Göyçə gölü ətrafında nadir təbiət hadisəsi: Tornado qeydə alındı - VİDEO

Göyçə gölü ətrafında nadir təbiət hadisəsi: Tornado qeydə alındı - VİDEO

"Hizbullah"ın yüksək rütbəli komandiri öldürüldü - VİDEO

"Hizbullah"ın yüksək rütbəli komandiri öldürüldü - VİDEO

Paşinyan: "Müxalifəti resurslardan məhrum etməliyik" - VİDEO

Paşinyan: "Müxalifəti resurslardan məhrum etməliyik" - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Ramana qəsbəsində baş verən dəhşətli qətlin TƏFƏRRÜATI

Ramana qəsbəsində baş verən dəhşətli qətlin TƏFƏRRÜATI

Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir

Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

İranda böyük əməliyyatı: 120-dən çox şəxs TUTULDU

İranda böyük əməliyyatı: 120-dən çox şəxs TUTULDU

SORĞU: ABŞ-da orta yaşlı nəsil tənhalıqdan ƏZİYYƏT ÇƏKİR

SORĞU: ABŞ-da orta yaşlı nəsil tənhalıqdan ƏZİYYƏT ÇƏKİR

İsrail Beyrutun Dahiya rayonuna zərbələr endirdi: Dağıntılar var - VİDEO

İsrail Beyrutun Dahiya rayonuna zərbələr endirdi: Dağıntılar var - VİDEO

İran nümayəndə heyətinin 4 üzvü apellyasiya şikayətini qazandı - Dünya Çempionatı öncəsi viza böhranı

İran nümayəndə heyətinin 4 üzvü apellyasiya şikayətini qazandı - Dünya Çempionatı öncəsi viza böhranı

End of content

No more pages to load

RADİO