Xaçmazın Seyidlər kənd tam orta məktəbinin bədən tərbiyəsi müəllimi Ceyhun Qəhrəman oğlu Kamilov vəfat edib.
Bizim.Media xəbər verir ki, 44 yaşlı müəllim bir neçə gün əvvəl özünü pis edib və Bakıda yerləşən Respublika Klinik Xəstəxanasına gətirilib.
Lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Dörd uşaq atası olan Ceyhun Kamilov bu gün Seyidlər kəndində dəfn ediləcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu