Şəmkirdə şadlıq sarayında mübahisə zamanı bıçaq xəsarəti alanın və hadisəni törədənin kimliyi məlum olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Səməd Vurğun qəsəbəsinin sakini, 1968-ci il təvəllüdlü Mustafa Zeynalovun kəsici-deşici alətlə çiyin nahiyəsinin daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.
Araşdırmalar zamanı hadisəni toy mərasimində zərərçəkənin həmkəndlisi, 2005-ci il təvəllüdlü Qafar Abbasovun törətməsi məlum olub. O, şübhəli şəxs qismində saxlanılıb, araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu