Şəmkir rayonunda toyda mübahisə qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şəmkirdə şadlıq saraylarından birində mübahisə zamanı qonaqlardan birinə bıçaqla xəsarət yetirilib.
Yaralı bədənin kəsilmiş, deşilmiş yaraları ilə xəstəxanaya çatdırılıb. Hələlik hadisəni törədənin və xəsarət alanın kimliyi müəyyənləşdirilməyib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu